"Arsenal" darmadağın oldu, “Real”dan rahat qələbə

Day.Az представляет новость на азербайджанском языке

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki,  "Bayern Munich" doğma meydanda "Arsenal" ilə qarşılaşıb. Oyuna ev sahibi komandası fəal başlayıb. Oyunun 11-ci dəqiqəsində A. Robben fərqlənib - 1:0. Daha sonra oyunun 30-cu dəqiqəsində "Arsenal"-ın oyunçusu Aleksis Snçez hesabı bərabərləşdirib - 1:1. İlk hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissəyədə ev sahibləri fəal başlayaraq 53-cü dəqiqədə Levandovskinin qolu ilə önə keçiblər - 2:1. Oyunun 56-cı dəqiqəsində ev sahibinin oyunçusu Tiaqo Alkantara komandasının 3-cü qolunu vurub - 3:1. Cəmi 7 dəqiqə sonra 63-cü dəqiqədə Tiaqo Alkantara dubl edib - 4:1. Oyunun 88-ci dəqiqəsində Tomas Müller komandasının 5-ci qolunu vurub - 5:1.

Beləliklə oyun 5:1 hesabı ilə başa çatıb.

Digər matç isə İspaniyada baş tutub. Yerli "Real Madrid" İtaliyanın "Napoli" klubunu qəbul edib.

Oyuna qonaqlar fəal başlayaraq 8-ci dəqiqədə İnsinyanın qolu ilə önə keçiblər - 0:1. Lakin qonaqların sevinci uzun sürməyib, 19-cu dəqiqədə Benzemanın qolu ilə hesab bərabərləşib - 1:1. İlk hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissəyə ev sahibləri fəal başlayaraq 49-cu dəqiqədə Toni Krosun qolu ilə önə keçiblər - 2:1. Oyunun 54-cü dəqiqəsində ev sahibinin oyunçusu Kazemiro fərqlənərək komandasının 3-cü qolunu vurub - 3:1.

Beləliklə oyun 3:1 hesabı ilə başa çatıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

"Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30

Baş hakim: Milorad Majiç (Serbiya)

 

Münhen. "Münhen Arena"

"Bavariya": 1. Manuel Noyer, 5. Mats Hummels, 6. Tyaqo Alkantara, 8. Xavi Martines, 9. Robert Levandovski, 10. Aryen Robben, 11. Duqlas Koşta, 14. Xabi Alonso, 21. Filipp Lam (k), 23. Arturo Vidal, 27. David Alaba

"Arsenal": 13. David Ospina, 3. Kiran Gibbs, 6. Loren Koselni (k), 7. Aleksis Sançes, 11. Məsut Özil, 15. Aleks Oksleyd-Çemberleyn, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 24. Ektor Bellerin, 29. Qranit Caka, 34. Fransis Koklen

"Real" (İspaniya) - "Napoli" (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

Baş hakim: Damir Skomina (Sloveniya)

Madrid. "Santyaqo Bernabeu"

"Real": 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema, 10. Xames Rodriqes, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç

"Napoli": 25. Pepe Reyna, 2. Elseyd Hisay, 4. Xose Kalyexon, 14. Dris Mertens, 17. Marek Hamşik (k), 20. Pyotr Zelinski, 24. Lorenso İnsinye, 26. Kalidu Kulibali, 31. Fauzi Qulam, 33. Raul Albiol, 42. Amadu Diavara

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: