AMB: Ötən il dolların orta günlük məzənnəsi 1,6 manat təşkil edib

16 февраля 2017 10:01

Day.Az представляет новость на азербайджанском языке

Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq 2016-cı ildə manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında deyilir.

İcmalda deyilir ki, 2015-ci ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,5594 manat səviyyəsində olubsa, 11.03.16 tarixində özünün dövr üzrə maksimum həddinə - 1,6456 manata qalxıb, 25.05.16 tarixində isə minimum həddinə - 1,4900 manata enib.
 
"İyun-avqust aylarında bahalaşan ABŞ dolları sentyabr ayında ucuzlaşmağa başlayıb, oktyabrın sonundan isə yenidən bahalaşma meylinə malik olub. 2016-cı ilin əvvəlindən manata nəzərən ABŞ dolları 13,6% bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,5965 manat təşkil edib", - deyə sənəddə bildirilir.
 
Qeyd edilib ki, dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib: "Hesabat ilində manatla yanaşı, bir sıra digər ölkələrin, o cümlədən Azərbaycanın ticarət partnyoru olan ölkələrin milli valyutalarının ucuzlaşması davam edib. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 19,8% ucuzlaşıb. Ucuzlaşma əsasən nominal effektiv məzənnənin 27,5% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.