Deputat: "Bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür"

16 февраля 2017 10:16

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum" beynəlxalq hüquq normalarına zidddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət buna qəti etirazını bildirməlidir: "Biz göləyirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar, xüsusən bu problemin sülh yolu ilə həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qeyri-qanuni "referendum"a qəti etirazlarını bildirsinlər. Əgər bütün bunlar olmasa, biz birmənalı şəkildə qəbul edəcəyik ki, beynəlxalq ictimaiyyət də, Minsk qrupunun həmsədrləri də Ermənistanla artıq açıq şəkildə eyni məqsədə xidmət edirlər və işğal olunmuş torpaqlarımızın Ermənistanın təcavüzü altında saxlanmasında maraqlıdırlar".

Deputat bildirib ki, bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür: "Azərbaycan ordusu torpaqlarımızı azad etmək üçün hərəkətə keçəndə nə beynəlxalq təşkilatların, nə də Minsk qrupunun həmsədrlərinin Azərbaycana dayan deməyi üçün heç bir mənəvi və hüquqi əsasları olmayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.