"Bayram axşamı"nın qala gecəsində nələr oldu? - FOTOLAR

16 февраля 2017 11:10

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Murad Dadaşovun "M Group production"ı tərəfindən lentə alınan "Bayram axşamı" filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, ekran işində rəqqasə Oksana Rəsulova, aktyor İslam Mehrəliyev, əməkdar artist Əkbər Əlizadə, xalq artisti Firəngiz Mütəllimova və başqaları rol alıb. 

M.Dadaşov prodüseri olduğu filmdən danışaraq onun 6 aya ərsəyə gəldiyini söyləyib:

"Fim Novruz bayramında baş verən hadisələrdən bəhs edir. "Bayram axşamı"nın təkcə prodüseriyəm, maliyyə, sponsor məsələləri mənə aiddir. Ancaq əsas yük bizim əməkdaşların üzərində oldu. Özüm də filmdə rol almışam. Ekran işini yarım il ərzində ərsəyə gətirdik. Prodakşınımız bu işlə kino sahəsində ilk addımını atdıq. Təndiqə açığıq, film barədə hər kəs rahat şəkildə fikirlərinə bildirsələr yaxşı olar".

Ekran işinin qala gecəsinə sənət aləminin tanınmış simaları qatılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.