Serenay o serialda çəkilmək istəyir - FOTOLAR

16 февраля 2017 11:08

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Serenay Sarıkaya reklam çəkilişlərinin birində jurnalistlərə açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, inandığı bir iş olarsa, heç düşünmədən saçlarını keçəl edə biləcəyini bildirib:

"Yaxşı bir rol, inandığım bir iş və güvənə biləcəyim rejissor olarsa, saçımı keçəl edə bilərəm. Sənətçi hər cür yeniliyə hazır olmalıdır".

Aktrisa "Vatanım sensin" serialınında çəkilmək istədiyini söyləyib:

"Vatanım sensin"i sevərək izləyirəm. Kaş ki, o serialda iştirak edərdim".

Serenay həmçinin izləyicilərinin onu Barış Arduçla eyni layihədə görmək istədikləri ilə bağlı anket nəticələri barədə də fikir bildirib:

"Barışla eyni layihədə iştirak etmək istəyərəm. Niyə də olmasın?".

Aktrisa yeni çəkiləcəyi internet serialından da danışıb:

"Həqiqətən hekayəsi mənə çox təsir etdiyi üçün bu serialda çəkilmək istədim. Risk etmişəm, görək necə olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.