"Reina" terrorçusunun kəbinli xanımı ilə bağlı yeni məlumat

Day.Az представляет новость на азербайджанском языке

Yeni il gecəsi İstanbulda "Reina" klubunda qətliam törədən Əbdulqadir Maşaripovun dünən saxlanılan dini nikahlı xanımı haqqında yeni məlumat əldə edilib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, əldə olunan məlumata görə, Əbdulqadir Maşaripovun kəbinli arvadı, Fransa vətəndaşı Tene Traore 1 ay yarımlıq hamilədir. Məlum olub ki, terrorçu "Reina" qətliamını törətməzdən əvvəl onunla intim münasibətdə olub.

Əbdulqadir və Tene Traore bir-biri ilə tərcümə proqramının köməyi ilə ünsiyyət qurublar.

Qeyd edək ki, Maşaripovun xanımı Zarina Nurullayevadan isə iki övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.