Cennifer Lopes məşhur reperə vurulub - FOTOLAR

16 февраля 2017 11:24

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Cennifer Lopes kanadalı reper Dreykə aşiq olub.

Buna 47 yaşlı müğənninin İnstagram profilindəki paylaşdığı son fotolar da dəlalət edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, müğənni Müqəddəs Valentin Günündə çoxlu çiçək və şokolad hədiyyəsi aldığını nümayiş etdirib.

"Bunları mənə sevgilim yollayıb", - Lopes yazıb.

Çiçək çələnglərinin birinin üzərində "Dreykdən Cenniyə" yazılıb.

"Grammy Awards" mükafatlarının təqdimat mərasimində də Dreyklə Lopes birlikdə idilər.

"Cennifer brilyantdır, istedadlıdır, ecazkardır", - 30 yaşlı Dreyk deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.