Azərbaycanda bir ailənin yox olduğu hadisə ilə bağlı DƏHŞƏTLİ FAKT

16 февраля 2017 11:32

Day.Az представляет новость на азербайджанском языке

Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü "VAZ 2106" markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplovoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata, ana və 29 yaşlı qızın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri Lent.az-a bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl şlaqbaum da ləğv edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.