21 yaşlı "canlı təqvim" aktyor olmaq istəyir - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Onun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir.
ARB TV xəbər verir ki, söhbət 21 yaşlı Şamaxı sakini Elvin Qəniyevdən gedir. Ona "canlı təqvim" deyirlər. Təqvimin həm keçmiş, həm də gələcək illərinin günlərinin həftənin neçənci gününə düşdüyünü bir neçə saniyəyə deyir.
O, bu bacarığını ilk dəfə 13 yaşında olarkən kəşf edib. Sinif yoldaşlarına nümayiş etdirəndə ona inanmayanlar da olub.
Elvin Qəniyev: "Məktəbdə oxuyanda sinif yoldaşlarıma nümayiş etdirmişdim. Təəccüblənmişdilər".
Elmira Qurbanova - gəncin anası: "Öncə təəccübləndim. Sonra suallar verdim, gördüm, düzdür. Sonradan mənim təqvimə baxmağa ehtiyacım qalmadı".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре