Ekvador parlamentinin sədrini CD ilə öldürmək istədilər

Day.Az представляет новость на азербайджанском языке

Ekvador parlamentinin sədrinə sui-qəsd cəhdi edilib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Qabriela Rivadeneyra özünün "Twitter" səhifəsində yazıb. 
 
"Kabinetimə içərisində CD olan zərf gəldi. Həmin CD orta gücə malik, lakin insanı öldürə biləcək partlayıcı qurğu idi. Xoşbəxtlikdən, partlayış olmadı", - deyə o, yazıb.

Ölkə prokurorluğu hadisəni araşdırır. 
 
Qeyd edək ki, fevralın 19-da Ekvadorda parlament seçkiləri keçiriləcək. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.