Azərbaycanda hər 100 min nəfərə neçə aptek düşür?

16 февраля 2017 12:23

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda hər 100 min nəfərə 22 aptek düşür. Trend-in məlumatına görə, bunu Tarif (Qiymət) Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi barədə keçirilən tədbirdə deyib.

İ.Məcidov vurğulayıb ki, bu göstərici beynəlxalq standartlara uyğundur. Onun sözlərinə görə, hər gün Azərbaycanda 100 minlərlə dərman satılır.

O qeyd edib ki, hansısa aptekdə hansısa ticarət adında dərman vasitəsinin olmaması dərman qıtlığı demək deyil. Həmin tərkibdə müxtəlif alternativ dərmanlar mövcuddur.

İ.Məcidov əlavə edib ki, bu gün ölkəyə dərman vasitələrinin idxalı artıb. Onun sözlərinə görə, 2017-ci ilin yanvarında 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə dərman vasitələrinin idxalında 51 faiz artım var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.