İki türk müğənnidən rüsvayçılıq: "Yazığın başı xarab olub"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin iki gənc və populyar müğənniləri olan Aleyna Tilki ilə Fulin arasında qalmaqal davam edir.

Milli.Az AHT-yə istinadən bildirir ki, Aleyna Tilkinin dediyinə görə, İnstagram profilinin qapadılmasının səbəbkarı Fulindir.

"O ifritədir hər şeyi edən. İnstagram profilimi qapadan şizofrenik insanı siz də tanıyın! Səhifəmi sildi, axmaq, murdar insan!" - A.Tilki jurnalistlərə deyib.

Fulin bu suçlamalara "Renkli sayfalar" proqramında cavab verib: "Aleyna deyir ki, guya onun profilini mən qapatmışam. Yazığın başı xarab olub. Bu qızdan bezdim. Əl çəksin məndən".

 

Daha sonra isə Fulin İnstagram profilində yazıb: "Bir insanın qəlbi ancaq bu qədər pis ola bilər. Allaha tapşırdım səni, iblis, ifritə! Əl çək məndən".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.