“Nəcib Məhfuz oxucuların gözü ilə...” adlı esselərin təqdim olunma müddəti uzadıldı - FOTO

16 февраля 2017 12:29

Day.Az представляет новость на азербайджанском языке

Day.Az bildirir ki, çoxsaylı xahişləri nəzərə alaraq "Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse yarışmasında iştirak üçün esselərin təqdim olunma müddəti 31 mart 2017-ci il tarixinə qədər uzadılıb.

Qeyd edildiyi kimi layihə 34 roman və 350-dən çox hekayə müəllifi Nobel mükafatı laureatı, misirli yazıçı Nəcib Məhfuz yaradıcılığına Azərbaycan oxucusunun münasibətini öyrənmək məqsədi ilə həyata keçirilir.

Yarışmaya Nəcib Məhfuzun yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir.

Esselərin həcmi minimum 7000, maksimum isə 10 000 işarə olmalıdır.

Yarışmada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Həmçinin əsərləri 10-luğa düşən müəlliflər diplomla təltif olunacaqlar.

I yerin qalibinə pul mükafatı, diplom və Misirin Ali Təhsil Nazirliyinin medalı, II,III yerin qaliblərinə pul mükafatı, diplom təqdim olunacaq.

Müəllifin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində, "Qanun" nəşriyyatı, "Şərq-Qərb" nəşriyyatında çap edilmişdir.

Müraciət üçün son tarix: 31 mart 2017-cı il

Nəticələr 2017-ci ilin aprel ayında elan olunacaq.

E-mail: mehfuz@inbox.ru

İştirak etmək istəyənlər ətraflı məlumat üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət edə bilərlər.

Ünvan: Bakı, Nərimanov, Hüseyn Arif 14.

Telefon: (+994 12) 561-12-17

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.