Dərman firması əməkdaşlarının həkimlərlə sövdələşmə aparmasına qadağa qoyulub

16 февраля 2017 13:35

Day.Az представляет новость на азербайджанском языке

Səhiyyə Nazirliyi dərman firmalarının əməkdaşlarının iş vaxtı xəstəxanalara gedib həkimlərlə sövdələşmə aparmasına qadağa qoyub.

Day.Az Trend-ə istinadən bildirir ki,  bunu Səhiyyə Nazirliyinin (SN) Əzçaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.

O qeyd edib ki, SN bu məsələlərə ciddi nəzarət edir və bu cür hallar aşkar olunduğu halda, lazımi tədbirlər görülür: "Əgər vətəndaşlar hansısa xəstəxanalarda bu cür hallarla rastlaşarlarsa, Səhiyyə Nazirliyinə müraciət edə bilərlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.