İşğal olunmuş Dağlıq Qarabağda "referendum" Ermənistanın simvolik və qeyri-produktiv jestidir

16 февраля 2017 13:47

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda "referendum"un keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolundan kənara atılan daha bir addım, eləcə də erməni tərəfinin danışıqlar aparmamaq istəyinin göstəricisidir.

Day.Az bildirir ki, bunu Trend-ə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.

S.Markov bildirib: "Fikirləşmirəm ki, qarşıdakı "referendum" ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən müsbət qarşılanacaq. İşğal olunmuş Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi erməni tərəfinə sənədləşməni çətinləşdirməkdən başqa heç nə verməyəcək. Danışıqlar zamanı, eləcə də bütün beynəlxalq sənədlərdə bu ərazilər azərbaycanca adını saxlayacaq - Dağlıq Qarabağ".

Ekspertin sözlərinə görə, keçiriləcək "referendum" Ermənistan tərəfinin aşağı səviyyəli peşəkarlığının göstəricisidir və bu, simvolik və qeyri-produktiv bir jestdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.