Keçmiş polis mayoru ürəktutmadan dünyasını dəyişib

16 февраля 2017 14:01

Day.Az представляет новость на азербайджанском языке

Salyan rayonunda sabiq polis zabiti dünyasını dəyişib.

Day.Az Report-a istinadən xəbər verir ki, rayonun Sarvan kənd sakini, keçmiş polis mayoru, 61 yaşlı Arif Pilağa oğlu Mehdiyev ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, A.Mehdiyev uzun müddət Salyan Rayon Polis Şöbəsində maliyyə şöbəsinin müdiri işləyib. Pensiyada olan keçmiş polis mayorunun bundan əvvəl bir dəfə infarkt keçirdiyi bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.