FHN vəzifəlisi adıyla vətəndaşları aldadan dələduzun məhkəməsi başladı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fariz Məlikovun cinayət işi üzərə məhkəmənin hazırlıq iclası başlayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 24-nə təyin edilib.

İttihama görə, F.Məlikov vətəndaşlara özünü Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsi kimi təqdim edərək, onları işə düzəltmək adı ilə vədlər verib. O, vətəndaşların ümumilikdə 90 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

F.Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.