Gökhan "O səs Türkiyə"dəki azərbaycanlılar haqda danışdı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni, "O səs Türkiyə" layihəsində münsif kürsüsündə əyləşən Gökhan Özoğuz yarışdakı azərbaycanlı iştirakçılardan danışıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "ARB türk maqazin" verilişinə açıqlamsında müsabiqədə həmyerlilərimizə haqsızlıq edilməsi ilə bağlı sualları cavablandırıb. 

O bildirib ki, "O səs Türkiyə"də heç vaxt belə hal olmayıb:

"Biz hər kəsin fikrinə önəm verən komandayıq. 2015-ci ildə qazanan da azərbaycanlı idi. İndi İrandan olan azərbaycanlı var, istedadlıdır. Düşünürük ki, finala qədər də gedəcək. Veriliş içərisində qəsdən nəsə etmək olmaz. Hər kəs öz performansı ilə irəli gedir. Məsələn, çox güvənib seçdiyimiz iki iştirakçı var idi ki, onlar növbəti turda bizi məyus etdilər və yarışmadan getdilər. Daha yaxşı oxuyanlar seçildilər". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Gökhan