General Yaşar Aydəmirov: "Bu, Azərbaycana diqqətin göstəricisidir"

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dünyamiqyaslı nüfuzlu ölkədir və ona böyük diqqət və etimad göstərilir.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, general-leytenant Yaşar Aydəmirov adıçəkilən görüşün Bakıda keçirilməsini şərh edərkən bildirib.

Generalın fikrincə, ABŞ-Rusiya hərbi dairələri arasında yüksək səviyyəli görüşün məhz Bakıda keçirilməsinin səbəbi ölkəmizin regionda oynadığı rol və həyata keçirdiyi siyasətlə bağlıdır:

"Həm Rusiya və həm də ABŞ Azərbaycan ordusunun inkişafını və gücləndiyini, ölkəmizin regionda mühüm rol oynadığını bilirlər. Ona görə də belə bir yüksək səviyyəli görüşün nə digər dövlətlərdə, nə də bizə qonşu ölkələrdə yox, məhz Bakıda keçirilməsi məsləhət olub. Hələlik görüşdə hansı məsələlərin dəqiq müzakirə olunduğu bilinmir. Böyük ehtimalla Suriya mövzusu, regiondakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminə toxunulub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.