İzzət Bağırov: "Zəng vurub dedi ki, səhərəcən ağlamışam" - VİDEO

16 февраля 2017 14:29

Day.Az представляет новость на азербайджанском языке

"Buna görə axirətdə Allaha cavab verəcəm"

Müğənni İzzət Bağırov "ARB Ulduz"un efirində yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib. 

Sevilən ifaçı yeni mahnısından danışıb: 

"Sırf özüm üçün oxudum, özüm üçün də paylaşdım. Mənə nə qədər adam yazdı, nə qədər zənglər gəldi. İnsanlar var ki, zəng vurdular ki, səhərəcən yüz dəfə qulaq asıb ağlamışam. Düşünürəm ki, bu mahnı camaatı niyə ağladıb? Mahnının əvvəlində bir hissə var: "Bağışla, sevgilim, bağışla məni. Mən sənin qədrini bilə bilmədim". Çox adi, lakonik bir sözdür. Bunu bu gün hər kəs yaşayır. Ona görə də hər kəsə təsir edib".

İzzət Bağırov üzr istəməyi bacardığını söyləyib: 

"Mənim səhvim varsa, üzr istəyə bilərəm. Ancaq səhvim olmayanda heç kəs mənə üzr istədə bilməz. Mən nəyəsə xatir bunu edə bilmərəm. Mən o adamı fikirləşib ondan üzr istəmirəm. Allahı fikirləşirəm. Çünki buna görə axirətdə Allaha cavab verəcəm".

Müğənni onun üzünə ağ olanlarla necə davranmasından söz açıb: 

"İndiyəcən də onlarla münasibətim yoxdur. Oturub-durmuram. Təzə nömrələrimi də bilmirlər. Hətta məni axtarıblar da, ortaya çıxmamışam. Onda mənim yanımda yox idilərsə, indi də olmasınlar. Dost deyilən bir şey yoxdur. Dost mənim cibimdir. Cibimdə pulum varsa, dostum olacaq, yoxdursa, olmayacaq .Heç kim mənimlə boşuna oturub-durmayacaq ki. Dost yox, yoldaş deyilən şey var. Hər kəs öz başını zorla idarə edir".

 

Müğənni film çəkilişlərinə hazırlaşdığını bildirib: 

"Ssenarini özüm yazdım, bitirdim. Artıq ssenarini aktyorlara paylamışam. Filmdə epizodik rol yoxdur. Ssenarini elə bölmüşəm ki, heç kim inciməsin. Filmdə bütün aktyorlar əvvəldən sona kimi iştirak edirlər. Kimə verirdim ssenarini, deyirdilər ki, elə bil mənim üçün yazılıb. Bir səhnənin çəkilməsi üçün 25-30 nəfərlik yaradıcı heyəti bir yerə yığırsan. Bütün avadanlıqlar bir yerə gətirilir, aktyorlar gəlirlər. Çəkiliş meydançasına gəlirsən, birdən yağış yağmağa başlayır. İşimiz pozulmasın deyə, çəkilişlərə mart ayından başlayacağıq".

Qeyd edək ki, "ARB Ulduz"  telekanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

""