İranda millət vəkili türkcə məktəb tələb etdi

Day.Az представляет новость на азербайджанском языке

İranın Qərbi Azərbaycan əyaləti olan Urmiyadan millət vəkili seçilmiş Hadi Behaderi Azərbaycan əyalətindəki məktəblərdə türkcə təhsil tələbi ilə çıxış edib.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, İranın "Fars" xəbər agentliyinin məlumatına görə, iranlı millət vəkili Behaderi Azərbaycanın milli geyimində çıxış etdiyi məclisdə Şərqi və Qərbi Azərbaycan əyalətlərində rast gəlinən problemlərə toxunub.

Çıxışında Qərbi Azərbaycan əyalətinin ticarət, turizm və tranzit nəqliyyat üçün əhəmiyyətli potensiala sahib olduğuna işarə edən Behaderi son illərdə qoyulan investisiyalara baxmayaraq, bölgənin bir çox digər əyalətlərdən geri qaldığını bildirirb. O, İran prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökuməti bölgəyə lazımi diqqətin yetirilməsinə çağırıb.

Azərbaycan əyalətlərindəki məktəblərdə türkcə təhsilin lazım olduğunu vurğulayan iranlı millət vəkili "Konstitusiyanın 19 və 15-ci maddələrinin tam olaraq tətbiq olunmasını və Azərbaycandakı məktəblərdə türkcə təhsilin təşkilini tələb edirik", - deyib.

 

O, əhalinin dolanışığı üçün əhəmiyyətli rola malik olan və son illərdə sürətlə quruyan Urmiya gölünün yox olmasının qarşısını almaq üçün gördüyü işlərə görə Ruhani hökumətinə təşəkkür edib. Lakin bununla bərabər bildirib ki, görülən işlər yetərli deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.