Bakıda quldurluq edən şəxs: "Ona 1-2 dənə vurub, borc istəmişəm" - VİDEO

16 февраля 2017 14:47

Day.Az представляет новость на азербайджанском языке

Bakıda quldurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, paytaxt sakini Samir Kərimov Binəqədi Rayon Polis idarəsinə müraciət edərək gecə saatlarında şadlıq saraylarından birinin arxasında ona qarşı quldurluq edilməsi barədə məlumat verib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini, 28 yaşlı Yaşar Abbasov saxlanılıb.

Yaşar Abbasov: "Arxadan 1-2 dənə vurdum buna. Buna zəng gəldi. Telefon və pul qabını götürüb qoydum yanına. Telefonunda qəpik də olmayıb. 500 rubl olub. Dedim ki, 5 minin varsa, gətir mənə 3 min borc ver. Ondan borc istəmişəm". 

Saxlanılan şəxs Samir Kərimova bədən xəsarətləri yetirməklə, içərisində 30 manat, 500 ABŞ dolları, sənədlər və bank kartları olan pul qabını götürməkdə təqsirləndirilsə də, özü bunu inkar edir. Hər halda nəyin səhv, nəyin düzgün olduğu aparılan araşdırmaların yekununda bəlli olacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: