İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi nə zaman olacaq?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihənin icrasından sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov qeyd edib ki, bu il fevral ayının 1-dən praktiki olaraq, pilot layihə həyata keçirilir:

"Artıq orada insanlara icbari tibbi sığortanın prinsipləri əsasında tibbi xidmətlər, yəni pulsuz tibbi xidmətlər göstərilir. Yarım ay keçməsinə baxmayaraq, Mingəçevirdə və Yevlaxda xəstəxanalara müraciət edən insanların məmnunluğu kifayət qədər yüksəkdir. Onlara həm də bu və ya digər səbəblərdən göstərilməsi mümkün olmayan xidmətlər göstərilir. Əgər Yevlax və Mingəçevirdə həmin tibbi xidməti göstərmək mümkün deyilsə, tibbi sığorta əsasında indi həmin xəstələr ya Gəncəyə, ya da Bakıya göndərilir. Artıq bir necə belə hal olub və bir necə xəstə Gəncənin tibb müəssisələrinə göndərilib".

Ə.Əhmədov pilot layihənin Gəncə və Mingəçevirdə həyata keçirilməsinin uzun davam edəcək prosesin başlanğıcı olduğunu söyləyib:

"Biz bu pilot layihə həyata keçirildikdən sonra qərar qəbul edəcəyik ki, Azərbaycanın bütün bölgələrində - bütün ölkədə icbari tibbi sığorta tətbiq olunsun. Bu da yəqin ki, 2018-ci ildə baş tutacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.