"Toyum mediaya açıq olacaq"

Day.Az представляет новость на азербайджанском языке

"Yeni veriliş hazırlayıram. Hazırda "Xəzər TV" ilə danışıqlar gedir. Proqramın adını açıqlamayacağam. Amma bir həftə ərzində hər şey məlum olacaq".

Day.Az bildirir ki, bu sözləri Axşam.az-a açıqlamasında dicey Çina (Çingiz Mustafayev) deyib. 

Bir neçə il əvvəl nişanlanan Çina toy haqqında hələ düşünmədiyini bildirib:

"Toy məsələsi hələ ki, qalır. Bəzi planlarım var. Sənətim buna mane olur. Bir il idi ki, bütün işlərimi gizlətmişdim, yaya qədər hamısını yekunlaşdırıb bu barədə düşünəcəyəm. Toyum mediaya açıq olacaq. Heç kimdən gizlənmirəm, heç bir qorxum yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.