Barış Arduç Serenayın təklifini qəbul etdi - FOTOLAR

16 февраля 2017 15:45

Day.Az представляет новость на азербайджанском языке

"Kiralık Aşk" serialının baş rol ifaçısı Barış Arduç "GQ Türkiyə" jurnalının keçirdiyi "İlin adamları" mükafatlandırma mərasimində iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor "İlin ən çox danışılan aktyoru" mükafatının sahibi olub.

O, mərasimdən sonra jurnalistlərə açıqlama verib.

"Kiralık Aşk"dan sonra bir müddət istirahət edəcəyini deyən aktyor belə deyib:

"Bir az Öməri unutdurmaq lazımdır. Bu səbəbdən bir müddət çəkilişlərə ara verəcəyəm. Önümüzdəki mövsümdə təkrar ekranda olmağı planlaşdırıram".

O, Serenay Sarıkayanın "Barış Arduçla bir serialda rol almaq istəyərdim" fikrinə belə münasibət bildirib:

"Serenay zərif xanımdır. Təşəkkür edirəm. Mən də onunla birgə rol almaq istəyərəm. Alınsa, gözəl olar. O, çox istedadlı qadındır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.