"Tövbə edib hicaba keçdim" - Xuraman

16 февраля 2017 15:43

Day.Az представляет новость на азербайджанском языке

"Bu gün həyatımın ən önəmli, unudulmayacaq bir günüdür. 2013-cü ilin bu günündə sübh namazında tövbə edib, hicaba keçdiyim gündür. Bu gözəl və böyük addımı atdığım üçün elə ağlayırdım ki..."

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xuraman Şuşalı deyib.

İfaçı bildirib ki, hicaba keçmək onun ən böyük arzusu olub:

"Ancaq şeytan nəfsimə güc gəlməyə imkan vermirdi. Şükür Allahım, sən İmam Hüseynə xatir mənə güc verdin. Çünki mən səndən bu gücü dizin-dizin istədim. Ömrümün günah içində keçməsinə, nəfsimin qulu olmağa imkan vermədin. Düzdür, hicabım kamil deyil.  Ancaq sən rəhimsən, zalım deyilsən. Sən mənə hicab verməklə qəlbimə, ruhuma rahatlıq verdin.

Günah məni qocaltmışdı. Ruhum qocalmışdı... Düzdür, 2005-ci ildən namaz qılıram. İndi namazımı səninlə daha da mükəmməl etdim. Şükür Allahım, nəfsimi mənə qul etdin. Məni və bütün müsəlmanları nəzərindən ayırma. Təşəkkürlər, Allahım, tövbə qapısını biz bəndələrin üçün açıq qoymusan. Rahatlıq, gözəllik səndədir. Səni tapan səadətə qovuşur. Yenə də məni hidayət et".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.