Nazir: ""Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək"

16 февраля 2017 17:28

Day.Az представляет новость на азербайджанском языке

"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.

Nazir qeyd edib ki, Əl-Baba nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır:

"Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək. Sırada Münbiç və Rakka bölgələri var".

F.İşıq hazırda Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə gələcəyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.