Dəhşətli qəzada hamilə qadın xəstaxanalıq oldu - 8 maşın toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yük maşını zəncirvari yol qəzası törədib.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

Savalan Xəlilov - "Kamaz" ın sürücüsü: "Gah sağa çıxdı, gah sola. Sonra qabağıma çıxdı. Dəydim. O da dəydi başqa maşına.

"Kamaz"ın sürücüsü yaranmış vəziyyətə görə "VAZ-2104"ün sürücüsünü günahlandırsa da qarşı tərəf onun sözlərinin əksini deyir.

"VAZ 2104"ün sürücüsü: "Sol tərəfdən gəlirdim. Mən də sağa dönməliyəm. Sonra yan işıqları yandırıb keçdim yoluma. "Kamaz" arxada idi, qabaqda tıxac idi. Get-gedə əyləc işıqları yanarkən "Kamaz" gəlib vurdu. Sonra aləm dəydi bir-birinə. Möhkəm gəlirdi. Bunu tək mən yox, bir çox adam gördü ki, möhkəm gəlirdi".

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ağır qəza - 8 maşın bir-birinə dəyib