Ermənistan ordusunun 1 əsgəri ölüb, 2-si yaralanıb

16 февраля 2017 16:30

Day.Az представляет новость на азербайджанском языке

Buldozerin dərəyə aşması nəticəsində Ermənistan ordusunun bir əsgəri ölüb, 2 hərbçi xəsarət alıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "news.am" saytı İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Fevralın 15-də saat 15:00 radələrində qar təmizləyən, içərisində hərbçilərin olduğu buldozer dərəyə aşıb.

Nəticədə Qaregin Minasyan, Armen Puyan və Vruyr Nersisyan adlı əsgərlər xəsarət alıb. Xəstəxanaya çatdırılarkən Q. Minasyan ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.