Castin Biber məhkəməlik oldu

16 февраля 2017 17:27

Day.Az представляет новость на азербайджанском языке

Məşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb.

Day.Az report-a istinadən xəbər verir ki, iddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennon müğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.

Xəsarət alan şəxs xəstəxanaya müxtəlif xəsarətlər, o cümlədən beyin silkələnməsi ilə müraciət edib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayında baş verib. KİV-in məlumatına görə, R.Kennon münaqişəni öz aralarında həll etmək istədiyindən bir neçə ay gözləyib. Zərərçəkən qarşı tərəfin təklifdən imtina etdiyini iddia edib.
Klivlend polisi R.Kennonun iddiası əsasında araşdırma aparıldığını təsdiqləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.