Metyu Brayza: "Bakı Rusiya və ABŞ rəsmi nümayəndələrinin görüşü üçün ən əlverişli məkandır"

16 февраля 2017 16:50

Day.Az представляет новость на азербайджанском языке

ABŞ və Rusiyanın Baş qərargah rəisləri görüş zamanı böyük ehtimalla Suriyada İŞİD-ə qarşı birgə əməkdaşlıq məsələlərini, gələcəkdə hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əməkdaşlığın bütün detallarını müzakirə edəcək.

Bunu Trend-ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, Bakı Moskva və Vaşinqtonun rəsmi nümayəndələrinin görüşü üçün əlverişli məkandır:

"Azərbaycan NATO-nun da üzvü deyil, lakin həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı əlaqələri var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.