Rusiyalı diplomatların olduğu avtomobil mikroavtobusla toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Bişkekdə Rusiya səfirliyinə məxsus minik avtomobili mikroavtobusla toqquşub.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14.00-da baş verib.

Rusiyanın Bişkekdəki səfirliyinin mətbuat xidmətindən bildirilib ki, səfirliyin iki əməkdaşının olduğu "Toyota" markalı avtomobil Manas aeroportu istiqamətində hərəkətdə olarkən "Mercedes-Benz Sprinter" markalı mikroavtobusla toqquşub.

Nəqliyyat vasitələrinin sürücüləri xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.