Deputat: "Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır"

16 февраля 2017 17:34

Day.Az представляет новость на азербайджанском языке

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.

Day.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbayan əhalisinin rifah halının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir: "Bu əlavə tədbirlərlə bağlı verilmiş fərman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır".

Deputat əlavə edib ki, məcburi köçkünlər fərmandan razılıqlarını bildirirlər: "Məcburi köçkünlər Azərbaycan prezidentinin yanında olduqlarını, onun siyasətini daim dəstəklədiklərini bildirirlər"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.