Azərbaycanlıların oğurlanması ilə bağlı Ukraynada cinayət işi başladı

Day.Az представляет новость на азербайджанском языке

Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması və girov götürülməsi faktı üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlayıb, axtarışa başlanılıb.

Day.Az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov APA-ya bildirib ki, artıq cinayətkarların izinə də düşülüb və istintaq sirri olduğu üçün detallar açıqlanmır.
 
Ukrayna Cinayət Məcəlləsinin adam oğurluğu, soyğunçuluq və quldurluq maddələri üzrə cinayət işi başlandığını deyən A. Gülməmmədov bildirib ki, onlar işin gedişatı ilə mütəmadi məlumatlandırılır.
 
Məsələyə Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.
 
Qeyd edək ki, son 2 ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları hadisələri qeydə alınıb. Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edəndən sonra o, bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.