ANAMA Cocuq Mərcanlıda daha 4 evə baxış keçirib - FOTOLAR

16 февраля 2017 17:58

Day.Az представляет новость на азербайджанском языке

Cocuq Mərcanlı kəndində gün ərzində 4 evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 16 800 kv.m ərazi (3 900 kv.m ərazi əl ilə və 12 900 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, 14 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 102 266 kv.m ərazi (39 766 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 16 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 26 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 131 260 kv.m ərazi (68 760 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.