Astanada Suriyanın taleyini "həll olunur" - II raund

16 февраля 2017 17:59

Day.Az представляет новость на азербайджанском языке

Suriyada vəziyyətin nizamlanmsı üzrə danışıqların ikinci raundu başlayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, plenar iclas yerli vaxtla 16:00-da başlayıb.

Plenar iclasın işində təminatçı ölkələr Rusiya, İran və Türkiyənin nümayəndə heyətləri iştirak edir. Eləcə də danışıqlar masasında Dəməşqin nümayəndə heyətini Bəşər əl-Cəfəri, 9 nəfərdən ibarət müxalifət nümayəndələri, müşahidəçi qismində İordaniya, ABŞ və BMT nümayəndələri əyləşiblər.

Qeyd edək ki, Suriya üzrə danışıqların ikin mərhələsi bu il yanvarın 23-24-də Astanada keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.