İndoneziyanın müdafiə naziri Xocalı soyqırımına həsr olunmuş yarışda iştirak edəcək

16 февраля 2017 19:48

Day.Az представляет новость на азербайджанском языке.

23 fevral, 2017-ci il tarixində Bakıda Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının İndoneziyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr olunmuş Açıq Bakı Birinciliyi keçiriləcək.

Bu barədə Milli.Az-a məlumat verən Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov bildirib ki, birincilikdə mötəbər qonaqların iştirakı gözlənilir. "Xocalı soyqırımı bütün bəşəriyyət üçün böyük soyqırım hadisədir. Bu gün onların xatirəsini anmaq vicdan borcumuzdur. Bildirim ki, Azərbaycana rəsmi səfər çərçivəsində gələn İndoneziyanın müdafiə naziri cənab Ryamizard Ryakudu, millət vəkilləri, eyni zamanda Azərbaycan parlamentinin üzvləri, yüksək rütbəli vəzifəli şəxsləri də iştirak edəcəkər".

Yarış 23 fevral, 2017-c il tarixində saat 14:00-da Sərhədçi Olimpiya Kompleksində baş tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.