Amal Əkbərli öz əzmi ilə hər kəsi heyrətdə qoyur

16 февраля 2017 20:47

Day.Az представляет новость на азербайджанском языке.

Qərb universitetinin 3-cü kurs tələbəsiolan Amal Əkbərlinin digərlərinə örnək olan oxuma əzmini gətirəcik ekranlarınıza. Onun imtahanlara hazırlaşma metodu isə hər kəsi heyrətdə qoyacaq.

Universitetdə keçilən dərsi anası kitabdan oxuyur, o isə səsi telefonun yaddaşına qeyd edir. Daha sonra isə yenidən dinləyərək imtahanlara hazırlaşır. İmtahanları yüksək qiymətlərlə verən gözdən fiziki qüsurlu olan Amal Əkbərli həyat eşqi ilə hər kəsə örnək bir həyat yaşayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qərb Universitetinin Politologiya ixtisasında 3-cü kurs tələbəsi olan Amal Əkbərlinin gözlərinin görməməsi onun siyasi elmləri öyrənmək sevgisinə mane ola bilməyib.

Anası Durna Həsənova bildirir ki, o oğlunun ali təhsil almasına görə çox sevinir vaxtını oğlunun dərslərinə ayırmaqla çox xoşbəxtdir.

Qrup yoldaşları da gözlərinin görməməsinə baxmayaraq dərslərdə çətinlik yarandığı zaman Amala müraciət etdiklərini və onun zəngin biliklərindən faydalandıqlarını deyirlər.

 

Amala dərs deyən müəllimlər də onun qeyri-adi və çalışqan bir tələbə olduğunu deyirlər.

Bakalavr pilləsindən sonra təhsilini magistr və doktorantura mərhələlərində davam etdirməyi planlaşdıran Amal Əkbərli ən böyük arzusunun öz sahəsində tanınmış mütəxəssis olmaq olduğunu deyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.