"Allah mənim bəlamı versin" - Rəşad Sadıqov

16 февраля 2017 21:46

Day.Az представляет новость на азербайджанском языке

Premyer-liqanın son trunda "Zirə"nin "Qəbələ"ylə  2:2-lik bərabərliklə bitən matçdan sonra "Qəbələ" tərəfinin "Qarabağ"a ünvanladığı ittihamlara "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov "CBC Sport" kanalında yayımlanan "3-cü hissə" verilişində cavab verib.

Milli.Az xəbər verir ki, kapitan "Zirə"ylə "Qarabağ"ın çox yaxın münasibətdə olduğunu deyənlərə: " "Qarabağ rəhbərliyi "Zirə" rəhbərliyi ilə heç bir-birini tanımır.  Mənim "Zirə" rəhbərliyində münasibətim olan insanlar var ki, biri uşaqlıqdan bir-birimizi tanıyırıq, digəri isə qardaşım vasitəsiylə tanıyıb münasibət qurduğumuz adamlardır. Bu əlaqələr keçən ilə kimi daha sıx idi. Indi elə bir vaxt da yoxdur ki, görüşək, futboldan yenə söhbətlər edək. Əgər "Zirə" bizə bilərək xal verdisə və bunda mənim zərrə qədər də, olsun -  payımın olduğun düşünürlərsə, Allah mənim bəlamı versin. Mən bu sözü bizə ittiham atan insanları inandırmaq üçün demirəm, mən mənə inanan "Qarabağ" sevərlərin ürəyinə şübhə düşməsin deyə belə danışmağa məcburam. Bu ittihamlar şaiyədən başqa bir şey deyil. "Qarabağ" "Zirə"dən qat-qat güclü komandadır. Bizim heç bir komandanın "hədiyyə"sinə ehtiyacımız yoxdur", - cavabını verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.