Ölüm və həyat səbir və şükür üçün imtahandır

16 февраля 2017 22:38

Day.Az представляет новость на азербайджанском языке

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". ("Mulk" 2).

Day.Az deyerler.org-a istinadən bildirir ki, ölüm - yox olmaq və məhv olmaq demək deyildir. Əslində insanın bu dünyadan başqa bir dünyaya köçməsidir.
Bu nurani ayədən çıxartdığımız nəticələr:
1. Ölüm - səbrin yaranması üçün olan bir imtahandır, həyat - şükrün yaranması üçün.
2. Bu dünyada olan bütün xəlq olmuşların hədəfi vardır və Allah heç bir şeyi əbəs yerə xəlq etməmişdir. Allah insanı təkamülə çatmaq üçün xəlq etmişdir. (Həvzəh)
3. İnsanın cövhəri çətinliklərdə, acı hadisələrdə və şadlıqlarda özünü göstərər.
4. İlahi imtahan Allahın elminin aydın olması üçün deyildir, çünki O, hər şeyi əvvəlcədən bilir. Əslində ona görədir ki, biz əməl yerinə yetirək. (Ona bənzəyir ki, müəllim şagirdinin istedadını bilir, ancaq yenə də onu imtahana çəkir ki, aldığı qiymətə layiq olsun).
5. Əməlin meyarı keyfiyyətdir, kəmiyyətdə deyildir.
6. İlahi imtahan həmişə olub və hamı üçündür.
7. Əməlin yaxşı olması üçün qane olmayaq, çalışaq ən yaxşı əməlləri yerinə yetirək.
8. Ancaq Allahın hökuməti məğlub olmazdır.
9. Allahın izzət və qüdrəti rəhməti ilə birlikdədir.
10. İlahi imtahanda məğlub olmaqdan məyus olmayaq ki, Allah çox bağışlayandır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.