Xroniki C və D hepatitinin sindromları

16 февраля 2017 23:21

Day.Az представляет новость на азербайджанском языке

Xronik C hepatit üçün astenik sindromlar
* zəiflik
* tez yorulma
* əmək qabiliyyətinin kəskin azalması
* yuxunun pozulması
Day.Az immunitet.az-a istinadən bildirir ki, obyektiv müayinədə qara ciyərin böyüməsi və bərkiməsi müəyyən edilir.C hepatiti zamanı dəri və selikli qişalarda sarılıq nadir hallarda baş verir.Bəzi hallarda subfebrilitet meydana gəlir.Xəstəlik üçün biokimyəvi göstəricilərin tam normallaşması ilə klinik laborator remisiyanın davamlı dövrləri xarakterikdir.Xəstəliyin remissiya dövrləri kəskinləşmələrlə müşayət edilir.Xəstəliyin latent gedişi yaxşı hesab edilmir.Belə ki,yavaş-yavaş,20-30 il ərzində qara ciyər sirrozu və qara ciyər karsenomasının inkişafına gətirib çıxarır.40-50% hallarda xroniki hepatit C qara ciyərdən kənar təzahürlərlə və immun pozğunluqlarla gedir.Xəstələrdə aşağıdakı əlamətlər özünü biruzə verir:
* şeqren sindromu
* autoimmuntireodit
* artralgiyalar
* mialgiyalar
* revmatoid faktorlar
Xronik D hepatit əksər hallarda simptomlarına görə xronik B hepatitinə bənzəyir.Lakin daha tez kəskinləşməsinə görə ondan fərqlənir.Xəstəliyin başlanğıcında əmələ gələn simptomlar:
* tez yorulma
* zəiflik
* əmək qabiliyyətinin zəifləməsi
* zinsi aktivliyin azalması
* qadınlarda aybaşının tsiklinin pozulması
* iştahanın pozulması
* səbəbsiz arıqlama
* sağ qabırğa altı nahiyədə ağırlıq hissi
Obyektiv müayinə zamanı böyümüş,bərkləşmiş qara ciyər əllənir.Çox vaxt xəstələrin dalağı böyümüş olur.Dalağın böyüməsi ilə əlaqədar olaraq xəstələrdə bəzi əlamətlər meydana çıxır:
* anemiya
* trombositopeniya
* leykopeniya
Xəstələrdə sarılıq zəif və müvəqqəti olur.Xroniki D hepatitində qara ciyər sirrozunun formalaşmasının tezliyi daha yüksəkdir.D hepatit xəstələrdə ödem-assitik sindrom əlamətləri erkən meydana çıxır.Xəstələrin dərisində kiçik damar ulduzcuqları,ovuc eriteması meydana çıxır.Çox vaxt xəstələrdə hemoragik sindromlar baş verir.Belə ki,xəstələrdə burun və udlaq qanaxmaları,diş ətindən qanaxmalar baş verir.
Xəstəliyin kəskinləşmə dövrü 2-3 gün ərzində bədənin hərarəti artır,sarılıq çoxalır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.