Pulcuqsuz balığın kürüsünü də yemək haramdır?

Day.Az представляет новость на азербайджанском языке

Cəfəri məzhəbi baxımından pulcuğu olmayan balıqları yemək haramdır. Bu barədə məsumlarımızın hədislərində kifayət qədər sübutlar vardır.

Day.Az islam.az-a istinadən bildirir ki, əgər "balığın əti haramdır" fətvası verilirsə, bu, balığın bütün yeyilən üzvlərinə aiddir; istər balığın əti olsun, istər kəlləsi, istərsə də kürüsü. Hansı balığın pulcuğu yoxdursa, onun erkəyini də - dişisini də, böyüyünü də - balasını da, kürüsünü də yemək olmaz. Bir daha təkrar edirik ki, bu hökm cəfəri (şiə) məzhəbinə məxsusdur; əhli-sünnə məzhəbinə görə sudan tutulan hər cür balıq növünün əti və kürüsü yeyilə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.