Azərbaycanda planşet istehsalına başlanacaq

16 февраля 2017 23:36

Day.Az представляет новость на азербайджанском языке

Gözdən əlillər üçün "Braille Pad" planşetlərinin istehsalına payızda başlanacağı gözlənilir.

Day.Az Trend-ə istinadən bildirir ki,  bunu "BrailleX" şirkətinin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda planşet kompüterlərin bir neçə nümunəsi var: "Bu məhsula həm funksionallıq, həm də dizayn baxımından müəyyən dəyişikliklər planlaşdırılır. Bu sahədə işlər əlavə maliyyələşmə əldə olunduqdan sonra aparılacaq".

"Braille Pad" planşeti istifadəçilərə barmaq ucları ilə toxunmaqla bir çox funksiyadan tam şəkildə istifadə etməyə imkan verən çoxsətirli taktil ekranla təchiz olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.