"Razılaşmaların reallaşdırılması zəruridir"

Day.Az представляет новость на азербайджанском языке

Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların reallaşdırılması münaqişənin sülh yolu ilə nizama salınmasında lazımi şəraitin yaradılması üçün zəruridir.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyanla ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandla (ABŞ) Münhendə keçirilmiş görüş zamanı deyilib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.