12 yaşa qədər uşaqlar haqda - YOL POLİSİNDƏN YENİ QƏRAR - VİDEO

17 февраля 2017 00:04

Day.Az представляет новость на азербайджанском языке

Uşaq oturacaqlarından istifadə etməyən sürücüləri 60 manatlıq cərimə və 3 cərimə balı gözləyir.

Yol polisi uşaqların avtomobillə daşınması zamanı edilən xətalara qarşı mübarizəni gücləndirir. Uşaq oturacaqlarından istifadə etməyən sürücüləri 60 manatlıq cərimə və 3 cərimə balı gözləyir. Həm cərimədən yaxa qurtarmaq, həm də uşaqların təhlükəsizliyini təmin etmək üçün sürücülər bəzi nüansalara fikir verməlidilər.

12 yaşından aşağı olan uşaqların maşın daşınma qaydalarını pozan belə sürücülər cərimələnəcək. Baş verən qəzalarda azyaşlıların ölüm və xəsarətalma hallarının çoxalması yol polisinin bu tip qayda pozuntularına qarşı mübarizəni gücləndirməyə vadar edib. Amma bu hal yalnız avtomobil qabaq oturacağına aid olan tələbdir.

Yol hərəkəti haqqında qanuna əsasən isə avtomobilin arxa oturacaqında uşaqların daşınması zamanı xüsusi oturacağın istifadəsi məcburi deyil. Eyni zamanda arxa oturacaqda neçə uşağın daşına biləcəyi barədə də heç bir məlumat yoxdur. Amma Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, qəza baş verərkən arxa oturacaqda qorumasız oturan uşaqlarda ağır xəsarətlər alır.

Əksər sürücü isə qanunvericiliyin tələblərindən xəbərsizdir.

Hazırda qüvvədə olan qanuna əsasən isə yaşından fərqli olmayaraq uşaq arxa oturacaqda daşınırsa onun xüsusi oturacaqda otuzdurulması məcburi deyil. Yol polisi tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər və sərnişinlərə qarşı mübarizə də gücüləndirilib, təkcə ötən gün ərzində bu xətalara görə 760 protokol tərtib edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.