Bakı ağ örpəyə büründü

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Bakıya güclü qar yağıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bütün şəhər qarla örtülüb. Hazırda yollar sürüşkəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağını bildirb. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Departament bu günün sonuna kimi Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyini, qar yağacağını proqnozlaşdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.