Məktəblər qara görə bağlanacaq?

Day.Az представляет новость на азербайджанском языке

"Qarlı hava şəraiti Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir edib".

Day.Az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, davamiyyət daha çox qar yağan ərazilərdə yerləşən məktəblərdə özünü büruzə verir: "Davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.