"Azəravtoyol" yolların vəziyyətini açıqladı

Day.Az представляет новость на азербайджанском языке

"Bakıda yollarda vəziyyət normaldır. Əsas magistral yollarda, Bakının giriş-çıxışlarında, əsas küçə və prospektlərdə gecə boyu iş aparılıb, yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib".

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli deyib.

A.Nəcəfli bildirib ki, "Azəravtoyol" əməkdaşları hazırda da yollarda iş aparır: "Ciddi problem müşahidə olunmur. Əsas problem naşı sürücülərin ucbatından yaranır. Xüsusən də, naşı sürücülər enişli-yoxuşlu yollara problemlər yaradırlar, digər hərəkət iştirakçılarına da maneələr törədirlər, tıxac yaranır və bizim texnikamız da gedib əraziyə çıxa bilmirlər".

A.Nəcəfli həmçinin vurğulayıb ki, respublika yollarında da ciddi problem müşahidə olunmur: "Gecə boyu respublika yollarında da iş aparılıb, yollar qardan təmizlənib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.