Qarlı hava nə vaxtadək davam edəcək?

17 февраля 2017 10:22

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək".

Day.Az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: "Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək".

G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: "Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir".

O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.