İki prospektdə sürət həddi 40 km/saat endirilib

Day.Az представляет новость на азербайджанском языке

Bakının əsas yollarında sürət həddi azaldılıb.

Day.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bu addımın atılmasına səbəb hava şəraitinin kəskin pisləşməsidir.

"Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 40 km/saat endirilib", - deyə qurumun açıqlamasında bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.